Fransada "sarı jiletlilər" yenə meydanlara axışdılar

Fransada "sarı jiletlilər" prezident Emmanuel Makronun idarəetmə siyasətinə etiraz etmək üçün yenidən meydanlara axışdılar.

1187212
Fransada "sarı jiletlilər" yenə meydanlara axışdılar

Fransada "sarı jiletlilər" prezident Emmanuel Makronun idarəetmə siyasətinə etiraz etmək üçün yenidən meydanlara axışdılar.
 
 Yanacaq qiymətlərinin artırılmaslna  və çətin iqtisadi şəraitə etiraz olaraq başlayan, daha sonra Makron hakimiyyətinə qarşı çevrilən "sarı jiletlilər"in aksiyaları 23-cü həfədir ki, davam edir.
 
 Paytaxt Parisdə "Bataillon du Pacifique" (Sakit okean batalyonu) meydanından Respubluka  meydanına qədər yürüyən nümayişçilərlə polis arasında gərginlik yarandı.

Polis şüşə və daş atan nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə etdi.
 
 Bastiliya meydanında yerləşən başqa bir "sarı jiletlilər" qrupu da bir neçə nəqliyyat vasitəsini və bir barrikadanı yandırdılar.
 
 Paytaxtdakı nümayişlərdə 227 nəfər saxlanıldı, 20 min 518 nəfərinin şəxsiyyəti yoxlanıldı.
 
 Tuluza şəhərində keçirilən nümayişdə gərginlik yarandı, polis nümayişçilərə bibər qazı sıxdı.
 
Bordo, Marsel və Montpellier şəhərlərində də nümayişlər keçirildi.
 
 Ölkə miqyasında keçirilən aksiyalarda 9 mini Parisdən olmaqla, 27 min 900 nəfər iştirak edib.
 
Aksiyalarada 60 min polis vəzifə başında olub.

 Parisdə bir çox metro xətti bağlanılıb.
 
Xatırladaq ki, "sarı jiletlilər"in aksityaları 17 noyabr 2018-ci ildən bu yana davam edir.
 
 Hökumətin açıqladığı məlumatlara görə, aksiyalarda indiyə qədər 11 nəfər həlak olub, 2 mindən artıq adam yaralanıb, 8 min 400-dən çox adam nəzarətə götürülüb, minə yaxın nümayişçiyə həbs cəzası verilib.



Әlaqәli Xәbәrlәr