Dalay Lama xəstəxanadan evə buraxılıb

Bu barədə Dalay Lamanın şəxsi katibi Tseten Samdup Çoekyapa mәlumat verib.

1182486
Dalay Lama xəstəxanadan evə buraxılıb
surgundeki tibetliler dua.jpg

 

Tibet buddizminin lideri Dalay Lama Nyu-Dehli xəstəxanasından evə buraxılıb.

Bu barədə Dalay Lamanın şəxsi katibi Tseten Samdup Çoekyapa mәlumat verib.

Dalay Lamanın şәxsi katibi bildirib ki, hazırda ruhani liderin vәziyyәti stabildir.

Tseten Samdup Çoekyapa Dalay Lamanın özünü yaxşı hiss etdiyini dә sözlәrinә әlavә edib.

Xatırladaq ki, 83 yaşlı Dalay Lama aprelin 9-da özünü narahat hiss etdiyi üçün Nyu-Dehlidəki xəstəxanaya yeləşdirilmiş və ona ağciyər infeksiyası diaqnozu qoyulmuşdu.

Qeyd olunub ki, o, xəstəxanada bir neçə gün qalıb.

Dalay-Lama Çinin tərkibində olan Tibetin müstəqilliyi uğrunda mübarizənin də lideri sayılır.



Әlaqәli Xәbәrlәr