Yәmәndә 48 saat әrzindә 22 nәfәr hәlak olub.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Humanitar Mәsәlәlәr üzrә  Koordinasiya ofisindәn verilәn açıqlamada bildirilib.

1161880
Yәmәndә 48 saat әrzindә 22 nәfәr hәlak olub.

Yәmәndә 48 saat әrzindә 22 nәfәr hәlak olub.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Humanitar Mәsәlәlәr üzrә  Koordinasiya ofisindәn verilәn açıqlamada bildirilib.

‘‘Haccah şәhәrindә törәdilәn hücumlar nәticәsindә son 48 saat әrzindә 12-i uşaq, 10-da qadın olmaqla 22 nәfәr hәlak olub’’,-deyә mәlumatda vurğulanıb.

Hücum nәticәsindә 30 nәfәrin dә xәsarәt aldığı bildirilәn mәlumatda yaralanan  uşaqların müalicә olunmaq üçün paytaxt Sanadakı xәstәxanaya çatdırıldığı vurğulanıb. Mәlumatda hәmçinin  bәzi yaralıların  da  tәcili olaraq  tәxliyyә edilmәsinin vacibliyi qeyd olunub.

Birlәşmiş Millәtlәr Tәşkilatının Yәmәndәki  Humanitar Mәsәlәlәr üzrә  Koordinatoru Lise Qrande hücumu pislәyәrәk hәll edilә bilәcәk böhran nәticәsindә çox sayda  günahsız insanların ölmәsinin dәhşәtli hal olduğunu ifadә edib.

Yәmәnin paytaxtı Sana vә bәzi bölgәlәri  2014-cü ildәn etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanının rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Yәmәndә 4 ildәn çoxdur davam edәn qarşıdurmalar nәticәsindә minlәrlә adam hәlak olub.

Birlәşmiş Millәtlәr Tәşkilatının mәlumatına görә, Yәmәn  әhalisinin 50 % qıtlıqla qarşı-qarşıyadır. Ölkәdәki 22 milyondan çox insanın humanitar yardıma möhtac olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr