Fransada “sarı jiletlilər” yenə küçəyə töküldü

Onlar Parisin müxtəlif yerlərində mitinqlər keçirib.

1160312
Fransada “sarı jiletlilər” yenə küçəyə töküldü

  Fransada “sarı jiletlilər” ölkə prezidenti Emmanuel Makron rəhbərliyi siyasətinə etiraz birldirmək üçün küçəyə töküldü.

  Onlar Parisin müxtəlif yerlərində mitinqlər keçirib.

  Paytaxtın simvollarından olan Yelisey (Champs-Elysees) meydanında toplaşan nümayişçilər Lüksemburq bağına qədər yürüyüblər.  

 Parisin Şarl de Qoll Hava Limanında da aksiya keçirilib. Nümayişçilər "Makrona istefa" şüarları atdı və hava limanını özəlləşdirmək istəyən hökumətə təpki göstərib.

  Bir qrup nümayişçi isə Eyfel qülləsinin qarşısındakı Mars (Champs de Mars) meydanında toplaşıb.

  Polislər Yeliseydəki daş və butulka atan nümayişçilərə təzyiqli su ilə müdaxilə edib.

  Paris Polis İdarəsinin məlumatına görə, paytaxtdakı aksiyalarda 19 adam nəzarətə götürülüb.  

  Nantın şəhərindəki aksiyada də polis nümayişçilərə müdaxilə edərək onlara qarşı bibər qazı sıxıb və 2 nəfəri tutub.

  Quimperdəki mitinqdə də şüşə və yumurta atan nümayişçilərə polis bibər qazı və təzyiqli su ilə müdaxilə edib.

  Besançonda keçirilən aksiyada iştirakçılar polisdən bibər qazı istifadə etməməsini istəyib.

  Ölkənin şərqindəki Falsburq (Phalsbourg) Bələdiyyəsi də Avropa Şurasının çağırışı ilə polisin keçirilən aksiyalarda bibər qazı istifadəsinə qadağa qoyub.

  Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə miqyasında keçirilən mitinqlərdə 4 mini Parisdə olmaqla, 28 min 600 nəfər iştirak edib. Bundan əvvəlki aksiyalara isə ölkə üzrə 39 min 300 nəfər qatılmışdı.  

 Qedy edək ki, “sarı jiletlilər”in nümayişləri 2018-ci ilin 17 noyabrından bu yana davam edir. Rəsmi rəqəmlərə görə, aksiyalarda indiyə qədər 11 nəfər həyatını itirib, 2 mindən çox adam yaralanıb, 8400-dən artıq insan saxlanılıb və 2 minə yaxın isə həbs edilib.



Әlaqәli Xәbәrlәr