Tunisdə seçkilərin keçiriləcəyi tarix məlum oldu

Tunisdə 6 Oktyabrda parlamentə və 10 Noyabrda isə prezident seçkiləri keçiriləcək.

1158535
Tunisdə seçkilərin keçiriləcəyi tarix məlum oldu

Tunis Mərkəzi seçki komitəsinin rəhbəri Nəbil Befun bu barədə jurnalistlərə açıqlamada verib. Bildirib ki, seçki prosesi başlayıb və 10 aprel tarixindən etibarən seçici siyahıları hazırlanacaq. Parlamentə seçkilər üçün manizədlərin müraciətləri 22-29 iyulda, prezident seçkisi isə 27 avqust-3 Sentyabrda reallaşacaq.

Mərkəzi seçki komitəsinin rəhbəri Befunun sözlərinə görə prezident seçkilərində namizədlərdən birinin 50 faiz səs toplaya bilməməsi halında ən çox səs yığan iki namezəd ikinci turda yarışacaq.

Qeyd edək ki, Tunisdə 14 Yanvar İnqilabından sonra ilk demokratik seçkilər 2011-ci ildə keçirildi.



Әlaqәli Xәbәrlәr