Səudiyyə Ərəbistanı kralı misirliləri əfv etdi

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yazılana əsasən...

1151435
Səudiyyə Ərəbistanı kralı misirliləri əfv etdi

  Misir prezidenti Əbdülfəttah əl-Sisi Səudiyyə Ərəbistanı arasında regional məsələlər üzrə ən yüksək səviyyədə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğuladı.

  Misir rəsmi xəbər agentliyi MENA-da yazılan xəbərə görə, Misir prezidenti Ə.Sisi Şarm əş-Şeyx şəhərində 24 fevralda başlayan Avropa İttifaqı (Aİ) Ərəb Zirvə toplantısı çərçivəsində Misirdə olan Kral Səlman ibn Əbdüləzizlə bir araya gəlib.

  Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yazılana əsasən, Kral Salman və Sisi Qırmızı dəniz və Aden Körfəzi sahillərində olan ərəb və Afrika ölkələri birliyinin qurulması və əhəmiyyətindən danışıblar.  

  Qeyd edək ki, Sisi ilə görüşdən bir qədər sonra Səudiyyə Ərəbistanı Kralı Salman Səudiyyə həbsxanalarında yatan misirli məhbusların azad edilməsilə bağlı əfv qərarı verdi.



Әlaqәli Xәbәrlәr