Venesuelada qayığın batması nǝticǝsindǝ 6 nǝfǝr öldü

Venesuelada Orinoko çayı üzərindəki qayığın batması nəticəsində 6 adam həyatını itirib.

1135512
Venesuelada qayığın batması nǝticǝsindǝ 6 nǝfǝr öldü

Venesuelada informasiya saytı “Ultimas Noticiasın” məlumatına görə hadisə ölkənin cənub-qərbində yerləşən Bolivar əyalətində, Orinoko çayına baş verib.

Dövlət Mülki Müdafiə xidmətindən yayılan məlumatda bildirilib ki, qəzadan sonra 14 nəfər xilas edilib. 5-i uşaq olmaqla 6 adam ölüb. Qayığın batmasına göyərtəsində  hǝddindǝn çox   sərnişin olması səbəb olub.

Qeyd edək ki, 2017-ci ildə də Orinoko çayında bir qayığın batması nəticəsində 7 nəfər ölmüşdü.



Әlaqәli Xәbәrlәr