Ömәr Çelik Sәudiyyә Әrәbistanına reaksiya göstәrib

Ömər Çelik  Türkiyəyə sәfәr edәn  Birləşmiş Millətlər Tәşkilatının  xüsusi mәruzәçisi Aqnes Kallamardın Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğuna qәbul olunmamasını qalmaqal  adlandırıb.

1135221
Ömәr Çelik Sәudiyyә Әrәbistanına reaksiya göstәrib

 

Ədalət və İnkişaf Partiyasının  sözçüsü Ömər Çelik sәudiyyәli jurnalist Camal Xaşoqçi cinayәti ilә bağlı aparılan  istintaq çәrçivәsindә  Türkiyəyə sәfәr edәn  Birləşmiş Millətlər Tәşkilatının  xüsusi mәruzәçisi Aqnes Kallamardın (Agnes Callamard)  Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğuna qәbul olunmamasını qalmaqal  adlandırıb.

Oktyabrın 2-dә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunda qәtlә yetirilәn Camal Xaşoqçi cinayәti ilә bağlı istintaq davam edәrkәn Birləşmiş Millətlər Tәşkilatının  xüsusi mәruzәçisi Aqnes Kallamard mәsәlә ilә bağlı görüşlәr aparır.

Birləşmiş Millətlər Tәşkilatının  xüsusi mәruzәçisi Aqnes Kallamardın Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğuna qәbul olunmama mәsәlәsini qiymәtlәndirәn Ömәr Çelik BMT-nin beynәlxalq istintaqın aparılması üçün israr etmәsinin vacibliyini vurğulayıb.

Sәudiyyә Әrәbistanının başdan bәri bu mәsәlә ilә bağlı aparılan istintaqa kömәk etmәdiyini  bildirәn Ömәr Çelik deyib: ‘‘Birləşmiş Millətlər Tәşkilatının  xüsusi mәruzәçisi Aqnes Kallamardın  Sәudiyyә Әrәbistanının İstanbuldakı baş konsulluğuna qәbul edilmәmәsi qalmaqaldır’’. 

Ömәr Çelik   Səudiyyə Ərəbistanının ən şәffaf  və doğru bir şəkildə bu prosesə töhfә vermәsinin әhәmiyyәtini vurğulayıb.



Әlaqәli Xәbәrlәr