Querrero əyalətində iki gözətçi qrup arasında qarşıdurma,10 nəfər öldü

Meksikanın Querrero əyalətində, asayişi bərpa vəzifəsi icra edən iki fərqli gözətçi qrup arasında qarşıdurma baş verib. 10 adam həyatını itirib.

1134216
Querrero əyalətində iki gözətçi qrup arasında qarşıdurma,10 nəfər öldü

Guerrero əyaləti polis idarəsinin sözçüsü Roberto Alvarezin məlumatına görə hadisə Çilapa bölgəsində yerləşən Paraiso de Tepila qəsəbəsində baş verib. 10 nəfərin həyatını itirdiyi qruplar arası qarşıdurmada iki adam da yaralanıb. Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri rayonda xeyli sayda silah ələ keçirib. Hadisə ilə əlaqəli istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr