Britaniya parlamenti “Brexit” qərarını rədd etdi

Britaniya millət vəkilləri Brüssel ilə ölkənin Avropa İttifaqından çıxması haqqında mütabiq qaldıqları razılaşdırmağa qarşı səs verib.

1126561
Britaniya parlamenti “Brexit” qərarını rədd etdi

İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.

Böyük Britaniya Baş naziri Theresa May, səsvermə işindən sonra yaydığı açıqlamada müxalifətin buna etiraz etməsi halında məsələnin müzakirəyə açılabiləcəyini bildirib. Baş nazirin sözlərinə görə razılaşma ilə əlaqəli yenidən səs vermək qeyri-müəyyənlik, bölünmə və çox əsassızlıkdan özgə heç nə deyil.

Ana müxalifət İşçi Partiyasının lideri Jeremy Corbyn səsvermədən əvvəl Məclisdə millət vəkillərinə müraciətində: “Sənədin qəbul edilməməsiylə növbədən kənar seçkilər zəruri hal aldı” .

Qeyd edək ki, müqavilənin parlamentdə rədd edilməsi ilə ölkədə növbədən kənar seçki və referendum kimi bir sıra fərqli variantların danışılmağa başlayacağı gözlənilir.

Britaniya 2016-cı il iyun ayının 23-də referendum nəticəsində Avropa İttifaqından çıxma qərarına gəlmişdi.



Әlaqәli Xәbәrlәr