Boko Harama ağır zәrbә endirildi

Bu barәdә Borno әyalәtinin Valisi Kaşim Şetima (Kashim Shettima ) mәlumat verib.

1122089
Boko Harama ağır zәrbә endirildi

Nigeriyada  son üç ildә Boko Harama qarşı keçirilәn әmәliyyatlar nәticәsindә tәşkilatın nәzarәtindәki 20 bölgә әlә keçirilib.

Bu barәdә Borno әyalәtinin Valisi Kaşim Şetima (Kashim Shettima ) mәlumat verib. Kaşim Şetima Boko Haram tәşkilatının 2013-2017-ci illәrdә çox sayda hücum törәtdiyini vә әyalәtin 27 bölgәsini nәzarәtinә keçirdiyini bildirib.

Әyalәt rәsmisi tәşkilatın 2015-ci ildәn etibarәn ordu tәrәfindәn keçirilәn müvәffәqiyyәtli әmәliyyatlar nәticәsindә çox  itki verdiyini ifadә edib.

Kaşim Şetima tәşkilatın nәzarәtindәki 20 bölgәnin terrorçulardan tәmizlәndiyini vurğulayıb.

Şetima hәmin әrazilәrdә tәxminәn 30 minәdәk yaşayış mәntәqәsinin inşa edildiyini deyib.

Kaşim Şetima bildirib ki, tәşkilat tәrәfindәn girov götürülәn yüzlәrlә insanın tәhlükәsizlik qüvvәlәri tәrәfindәn keçirilәn әmәliyyatlar nәticәsindә azad edilib.

2000-ci ildәn etibarәn Nigeriyada fәaliyyәt göstәrәn Boko Haram tәşkilatı 2009-cu ildәn etibarәn keçirdiyi hücumlar nәticәsindә 20 mindәn çox adamın hәyatına son qoyub.

Tәşkilat 2015-ci ildәn etibarәn Kamerun, Çad vә Nigerda  hücumlar törәdir.

Tәşkilatın Çadda törәtdiyi hücumlar nәticәsindә azı iki min nәfәr hәlak olub.



Әlaqәli Xәbәrlәr