İsrail əsgərləri bir fələstinlini yaralayıb

İsrail əsgərləri işğal altında olan İordan çayının qərb sahilində bir fələstinlini yaralanıb.

1120078
İsrail əsgərləri bir fələstinlini yaralayıb

İsrail əsgərləri işğal altında olan İordan çayının qərb sahilində bir fələstinlini yaralanıb.

İsrail əsgərləri İordan çayının qərb sahilində Al-Bire bölgəsindəki bir çox evləri və dükanlarda axtarış aparıb. Fələstinlilər basqınlara reaksiya göstərib və İsrail əsgərlərilə fələstinlilər arasında çaxnaşma yaranıb.

İsrail əsgərləri həqiqi və plastik güllələrlə yanaşı bibər qazından istifadə ediblər, fələstinlilər isə onlara daş ataraq cavab veriblər.

Bir fələstinli başına dəyən plastik güllə ilə vurulub. Onun vəziyyətinin ağır olduğu bildirilib. 

İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri fələstinliləri müxtəlif iddialarla həbs edir.



Әlaqәli Xәbәrlәr