M.Pompeo  Suriyadan  çıxma  qərarı  haqqında Fox News  kanalına danışdı

Dövlət katibi M.Pompeo, Suriyadan Amerika əskərlərinin çıxarılması qərarına münasibət bildirib.

1111097
M.Pompeo  Suriyadan  çıxma  qərarı  haqqında Fox News  kanalına danışdı

ABŞ dövlət departamentinin rəhbəri Mayk Pompeo Amerikan Fox News kanalına verdiyi müsahibəsində ABŞ-nın Suriyadan çıxama qərarının Donald Tramp və Yüksək seviyyəli rəsmilər ararasında ətraflı müzakirə və məsləhətləşmələr nəticəsində qəbul edildiyini bildirib.

Dövlət katibi qərar açıqlanmazdan əvvəl özünə məlumat verilib verilmədiyinə dair  ünvanlanan suala: “Hər şey haqqında məlumatım vardı. Mövzu ilə əlaqəli prezident Tramp və yüksək seviyyəli rəsmilər arasında keçirilən bütün toplantılarda iştirak etdim” deyə cavab verib.

ABŞ-ın Suriyada olmasının yeganə səbəbinin terror təşkilatı DEAŞ-ı dağıtmaq olduğunu ifadə edən Pompeo, bunda uğurlu olduqlarını terror təşkilatına lazımlı zərbəni endirdiklərini, daha bu ölkədə qalmaq üçün səbəb olmadığını vurğulayıb.

Dövlət katibi terror təşkilatı DEAŞ üzvlərinin dünyanın fərqli ərazilərində fəaliyyətlərinin davam etdiyinə diqqət çəkib və ABŞ-nın DEAŞ-a qarşı mübarizəsinin davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Amerika mətbuatında əks edən bir çox xəbərdə Suriyadan çıxma qərarını prezident Trampın tək başına qəbul etdiyi irəli sürülmüşdü.

 



Әlaqәli Xәbәrlәr