Hudeydə şəhərində atəşkəs qərarı qüvvəyə mindi

Yəmənin Hudeydə şəhərində toqquşan tərəflər arasındakı atəşkəs qərarı qüvvəyə mindi.

1108835
Hudeydə şəhərində atəşkəs qərarı qüvvəyə mindi

Yəmənin Hudeydə şəhərində toqquşan tərəflər arasındakı atəşkəs qərarı qüvvəyə mindi.

BMT-nin nəzarətində İsveçdə keçirilən görüşlərdə yəmənli tərəflər arasında qəbul edilən sazişə görə, Hudeydədə gecə yarısı atəşkəs qüvvəyə mindi.

Yəmən xalqı üçün həyati əhəmiyyət kəsb edən Hudeydə limanı və şəhəri üçün qəbul edilən sazişə görə, BMT-nin limanda rəhbərlik rolunu üzərinə götürməsi, Yəmənə humanitar yardımların çatdırılmasına imkan yaradılması və bununla da milyonlarla yəmənlinin həyat şəraitinin yaxşılaşdırılması gözlənilir.

Şəhərdə dünən hökumət qüvvələrilə husilər arasında son bir həftədir davam edən toqquşmaların şiddətləndiyi bildirilib.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Qutarreş dekabrın 13-də İsveçdə başa çatan Yəmən mövzulu məsləhətləşmələrdən sonra yaydığı açıqlamada Yəmən xalqı üçün həyati əhəmiyyət daşıyan Hudeydə limanı və şəhəri üçün tərəflərin razılığa gəldiklərini elan etmişdi.



Әlaqәli Xәbәrlәr