“Facebook” oğul Netanyahunun mesajını sildi

İsrailin Baş naziri Binyamin Netanyahunun 27 yaşlı oğlu Yair Netanyahu sosial mediadan tez-tez qalmaqal mesajları ilə gündəmə gəlir.

1108430
“Facebook” oğul Netanyahunun mesajını sildi

  Sosial paylaşma saytı “facebook” İsrail Baş naziri Binyamin Netanyahunun oğlunun Fələstin müsəlmanlarını təhqir edən paylaşmasını sildi və onun hesabını müvəqqəti olaraq bağladı.

  Xatırladaq ki, oğul Yair Netanyahu keçən həftə “facebook”da paylaşdığı "Ya bütün yəhudilər, ya da bütün müsəlmanlar bu ərazilərdən (Fələstin-İsrail) ayrılmadan burada sülh olmaz. Mən ikincisini üstün tuturam"  mesajı sayt tərəfindən silinib, sonra “facebook” oğul Netanyahunun hesabını 24 saatlığa dondurub.

  Fələstinliləri hədəfə alan mesajı silinəndən sonra “facebook”un özünü tənqid edən Yair Netanyahu bu işi "fikir polisliyi" adlandırıb.

  Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahunun 27 yaşlı oğlu Yair Netanyahu sosial mediadan tez-tez qalmaqal mesajları ilə gündəmə gəlir.



Әlaqәli Xәbәrlәr