Yəmən mövzulu məşvərət toplantılarında razılıq əldə olundu

BMT-nin katibi Antonio Quterreş İsveçdə başa çatan Yəmən mövzusundakı məsləhətləşmələrdə Yəmən xalqı üçün həyatı əhəmiyyət daşıyan Hudeyde limanı və şəhəri üçün tərəflərin razılığa gəldiyini bildirdi.

1106466
Yəmən mövzulu məşvərət toplantılarında razılıq əldə olundu

Birləşmiş Millətlər Təşkilatının Baş (BMT) katibi Antonio Quterreş İsveçdə başa çatan Yəmən mövzusundakı məsləhətləşmələrdə Yəmən xalqı üçün həyatı əhəmiyyət daşıyan Hudeyde limanı və şəhəri üçün tərəflərin razılığa gəldiyini bildirdi.

 Quterreş İsveçin paytaxtı Stokholma 77 kilometr məsafədə yerləşən Rimbo qəsəbəsindəki Yohannesberq sarayında bir həftə əvvəl başlayan məşvərət toplantılarının yekununda keçirdiyi mətbuat konfransında əhəmiyyətli açıqlamalar verdi.

“ Hudeyde limanı və şəhəri üçün razılığa gəldik" deyən Quterreş müqavilədə limana və şəhərə "tərəfsiz qüvvələrin yerləşdirilməsi" və "geniş miqyaslı atəşkəsin təmin olunmasının" nəzərdə tutulduğunu vurğuladı.

 Quterreş müqavilə əsasında "BMT-nin limanda lider rolunu" götürəcəyini Yəmənə humanitar yardımların çatdırıllmasına imkan yaradılacağını, beləliklə milyonlarla yəmənlinin həyat şəraitinin yaxşılaşdırılacağını bildirdi.

 Taizdeki vəziyyətin asanlaşdırılması üçün ayrıca ümumi bir anlayışa nail olduqlarını bildirən Quterreş şəhərdə "humanitar dəhlizin" açılacağına inandığını ifadə etdi.

 Quterreş gələcək yanvar ayında keçirilməsi planlaşdırılan növbəti Yəmənlə bağlı sülh danışıqlarında siyasi məsələlərə dair layihə çərçivə müqaviləsinin müzakirə edilməsi məsələsində də tərəflərlə razılığa gəldiklərini, bunun sülh prosesində çox mühüm bir addım olduğunu qeyd etdi.

 Çıxışından sonra məşvərət iclaslarına qatılan qanuni hökumət və elere ərəbcə və ingiliscə təşəkkür edən Quterreş məşvərət toplantısına ev sahibliyi edən İsveçin Xarici İşlər naziri Margot Wallström, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Griffiths və heyət nümayəndələrilə mətbuat nümayəndələrinə toplu şəkil çəkdirdi.

 Yəmənin etdiyi idxal ərzaq məhsullarının təxminən 90 faizi, humanitar yardımların da 80 faizinin giriş nöqtəsi olması baxımından Hudeyde limanı Yəmən xalqı üçün həyati əhəmiyyət daşıyır.

 BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Griffithsin sözçüsü Hanan Elbadavi yaydığı açıqlamada BMT-nin tərəflərə ölkədə davam edən vətəndaş müharibəsinə bir həll yolu tapmasını nəzərdə tutan yol xəritəsinin müəyyənləşdirilməsi üçün saziş layihəsi təklif etdiyini bildirmişdi.

 Sazişin keçid dövrü, təhlükəsizlik və siyasi tədbirləri əhatə etdiyini bildirən Elbadavi təklifləri vahid bir mətndə təqdim etmədiklərini vurğulamışdı.

 Sözçü Hudeyde Limanının statusu, Sanadakı Beynəlxalq Hava Limanının yenidən açılması və Yeməyin iqtisadi vəziyyətinə dair məsələlərin də ayrı-ayrı təqdim olunan təkliflər arasında yer aldığını qeyd etmişdi.

Qeyd edək ki,  yəmənli tərəflər arasındakı dialoq görüşləri 2015-ci ildə İsveçrənin Biel və Cenevrə şəhərləri ilə 2016-cı ildə Küveytdə keçirilən 3-cü turun ardından iflasa uğramışdı.

 İki ildən sonra 6 sentyabrda Cenevrədə keçirilməsi planlaşdırılan Yəmən mövzusunda məşvərət toplantıları Husilərin iştirakının təmin olunmaması səbəbindən uğursuzluqla nəticələnmişdi.



Әlaqәli Xәbәrlәr