Tereza Mey Parlamentdə "Brexit"lə bağlı səsverməni təxirə saldı

İngilterenin Baş naziri  Tereza Mey (Theresa May) Parlamentin İcmalar palatasında Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxmağın şərtlərinə dair 11 dekabr gününə nəzərdə tutulan səsverməni təxirə saldığını açıqladı.

1104380

Mey bu həftə keçiriləcək Aİ-nin zirvə toplantısında tərəfdaşlardan “tədbir maddəsi” ilə əlaqəli narahatlıqları aradan qaldıracaq “zəmanətlər” almaq üçün addım atacağını bildirdi.

Qeyd edək ki, Meyin keçən ay Aİ ilə qəbul etdiyi “Brexit” sazişi ölkəsində heç kəsi məmnun etmədi. Baş nazirin partiyasının 315 millət vəkilindən təşkil tapan parlament qrupundan 101 millət vəkili ilə hökumətə kənardan dəstək verən Şimali İrlandiyanın ifrat sağçı partiyası Demokratik Birlik də saziş əleyhinə səs verəcəyini elan etmişdi.

Avropa Ədalət Məhkəməsinin dünən açıqladığı qərarla İngiltərənin üzv ölkələrin Aİ-dən çıxma prosesini tənzimləyən Lissabon müqaviləsinin 50-ci maddəsinin işə daxil edilməsini təktərəfli dayandıra biləcəyinə qərar verməsi də Meyin əlindəki sazişi parlamentə qəbul etdirmə şansını azaltmışdı.

Digər tərəfdən, Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı sazişin şərtlərinin sadələşdirilməsi ehtimalını müzakirə etmək məqsədi ilə bu gün Avropa ölkələrinin paytaxtlarına səfərə başlayır.

Әlaqәli Xәbәrlәr