Başından zədə alan fələstinli şəhid oldu

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Tulkerm şəhərinə etdiyi basqın nəticəsində başından zədə alan fələstinli şəhid olub.

1099927
Başından zədə alan fələstinli şəhid oldu

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Tulkerm şəhərinə etdiyi basqın nəticəsində başından zədə alan fələstinli şəhid olub.

Şahidlərin məlumatına görə, səhər radələrində  Tulkerm şəhərinə basqın edən İsrail əsgərləri hadisəyə etirazını bildirən fələstinlilərə gözyaşardıcı qazla yanaşı həqiqi və plastik güllələrdən istifadə edərək müdaxilə edib.

Səhiyyə mənbələri müdaxilə zamanı başından zədə alan 18 yaşındakı Məhəmməd Husam Habalinin xəstəxanaya gətirildiyi ilk dəqiqələrdə həyatını itirdiyini açıqlayıb.

Digər tərəfdən, İsrail əsgərlərinin Qəzza zolağının şimalında “Böyük qayıdış yürüşü” çərçivəsində keçirdiyi nümayişlərə müdaxilə etməsi nəticəsində 4 fələstinli yaralanıb.

İsrailin 12 ilə yaxındır Qəzzaya fasiləsiz şəkildə quru, dəniz və havadan tətbiq etdiyi mühasirəyə son qoyulması istəyilə hər bazar ertəsi günü keçirilən etiraz aksiyasına çox sayda fələstinli iştirak edib.



Әlaqәli Xәbәrlәr