Almaniyadan Brexit açıqlaması

Almaniya Xarici İşlər naziri Heiko Maas İngiltərə hökumətinin Brexit (İngiltərənin Avropa İttifaqından çıxışı) müqaviləsini təsdiq etməsinin böyük rahatlığa səbəb olduğunu bildirdi.

1088546
Almaniyadan Brexit açıqlaması

Almaniya Xarici İşlər naziri Heiko Maas yazılı açıqlama verərək, Aİ ilə İngiltərənin müvəqqəti olaraq razılığa gəldiyi Brexit müqaviləsinin layihə mətninin İngiltərə hökuməti tərəfindən təsdiq edilməsinin sevindirici hal olduğunu vurğuladı.

 Maas: "Qərar böyük rahatlığa səbəb oldu" ifadəsini işlətdi.
 
Alman nazir aylarla davam edən qeyri-müəyyənlikdən sonra İngiltərənin Avropa İttifaqından ayrılma prosesinin necə baş verəcəyini proqnozlaşdıra biləcəklərini bildirdi.
 
Maas tərəflərin bundan sonra da atılacaq addımları olduğuna diqqət çəkərək: "İngilis dostlarımızla yaxın münasibətlərdə  olmaq istəyirik. Bizim üçün daxili bazar qaydalarının toxunulmazlığı əhəmiyyətlidir. Daxili bazar Avropa layihəsinin mühüm nailiyyətidir" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr