Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında bildirib.

1085456
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
abd california yangin2.jpg
abd california yangin1.jpg

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında bildirib.

Mәlumata әsasәn, xilasedicilər ərazidə daha 14 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 9 nəfərin öldüyü bildirilirdi.

ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan edib. 

Qeyd edәk  ki, meşə yanğınları noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hәmin meşә yanğını artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.



Әlaqәli Xәbәrlәr