İsrailә mәxsus qırıcılar Qәzza zolağını bombaladı

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1075108
İsrailә mәxsus qırıcılar Qәzza zolağını bombaladı

İsrailә mәxsus qırıcılar Qәzzanın cәnubunda yerlәşәn Refah vә Han Yunus şәhәrlәri arasında olan Әl-Kadisiyyә, Әl-Haşşaşin vә Qәzza zolağının şimalındakı bir bölgәyә zәrbәlәr endirib.

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumatda İsrail qırıcılarının hücumu nәticәsindә ölәn vә ya xәsarәt alanın olmadığı bildirilib.

Qeyd edәk ki, İsrail әsgәrlәri Qәzza zolağında aksiya keçirәn fәlәstinlilәrә hәqiqi güllә ilә müdaxilә etmişdi.

İsrail ordusunun mәtbuat katibi Aviçay Adrae daha әvvәl ‘‘Twiiter’’ sәhifәsindәn verdiyi açıqlamada fәlәstinlilәrin İsrailә raket mәrmisi atdığını iddia etmişdi.



Әlaqәli Xәbәrlәr