Donald Tusk Camal Xaşoqçi mәsәlәsini qiymәtlәndirib

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sәudiyyәli jurnalist Camal Xaşoqçinin öldürülmәsini ‘‘qorxunc cinayәt’’ adlandırıb.

1074750
Donald Tusk Camal Xaşoqçi mәsәlәsini qiymәtlәndirib

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sәudiyyәli jurnalist Camal Xaşoqçinin öldürülmәsini ‘‘qorxunc cinayәt’’ adlandırıb.

Fransanın Strazburq şәhәrindә Avropa parlamentinin Baş Assambleyasına müraciәt edәn Donald Tusk Camal Xaşoqçi mәsәlәsini qiymәtlәndirib.

‘‘Camal Xoşoqçinin öldürülmәsi qorxunc bir cinayәtdir. Kimin kimin mәnfәәtini qoruduğunu demәk mәnim vәzifәm deyil, ancaq Avropanın  yeganә istәyi  bu cinayәtin arxasında kimin olduğuna baxmayaraq bütün detallara aydınlıq gәtirilmәsidir. Bu mәsәlә ilә bağlı qәtiyyәtinizi görürәm vә Avropaya üzv dövlәtlәr vә ya tәşkilatların qeyri-müәyyәn oyunlara qarışmasına icazә vermәyәcәyinizә inanıram’’.

‘‘Washington Post’’ qәzetinin müxbiri Camal Xaşoqçi 2018-ci ilin 2 oktyabr tarixindә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluq binasına daxil olduqdan sonra itkin düşmüşdü.

Sәudiyyә Әrәbistanı rәhbәrliyi oktyabrın 20-dә Camal Xaşoqçinin konsulluq binasında baş verәn mübahisә zamanı öldüyünü açıqlamışdı.



Әlaqәli Xәbәrlәr