Onlara “istədiyiniz yerə gedin, amma İtaliyaya gəlməyin" dedilər

Qeyri-hökumət təşkilatı “SOS Mediterranee” Liviya sularında 11 qaçqını xilas etdi.

1054404
Onlara “istədiyiniz yerə gedin, amma İtaliyaya gəlməyin" dedilər

  Qeyri-hökumət təşkilatı “SOS Mediterranee” Liviya sularında 11 mühaciri xilas etdi.

  “SOS Mediterranee” “twitter” hesabından verdiyi açıqlamada bildirib: “Təşkilatın Aquarius adlı axtarma-xilasetmə gəmisi Liviya sularında 11 qaçqını qurtardı. Beynəlxalq sularda çətin vəziyyətə düşən kiçik katerdəkilərin azad edilməsi əməliyyatı sona çatdı. Həddən artıq dolu kater su almağa başlamışdı. Kimsənin can jileti yox idi. Xilas edilən 11 nəfər artıq sahildədir.”

  İtaliya baş nazirinin müavini və Daxili İşlər naziri Matteo Salvini də “Aquarius” gəmisinin xilas etdiyi qaçqınlar bölgəsində olub və çıxışında deyib: “Aquarius” Liviya sularında qitədən bir neçə mil aralıqda xeyli adamı xilas etdi, amma Tripoli Sahil Təhlükəsizlik İdarəsilə əməkdaşlığı qəbul etmədi. İndi də Aralıq dənizində boş-boş gəzir. Mən yenə deyirəm: “İstədiyiniz yerə gedin, amma İtaliyaya gəlməyin".



Әlaqәli Xәbәrlәr