Angela Merkeldən brexit açıqlaması

Almaniya kansleri Angela Merkel İngiltərənin Avropa İttifaqından ayrılması ilə əlaqədar: “Uyğun bir atmosferdə, müəyyən sahələrdə çox yaxın əməkdaşlığın mümkün ola biləcəyi bir çxışın olmasını arzu edirəm” dedi.

1053118
Angela Merkeldən brexit açıqlaması

Almaniya kansleri Angela Merkel İngiltərənin Avropa İttifaqından ayrılması ilə əlaqədar: “ Uyğun bir atmosferdə, bir-birimizə böyük hörmətin nümayiş olunduğu və müəyyən sahələrdə çox yaxın əməkdaşlığın mümkün ola biləcəyi bir çxışın olmasını arzu edirəm” dedi.

Merkel Avstriyanın Salzburg şəhərində keçirilən Aİ liderlərinin qeyri-rəsmi zirvəsindən əvvəl verdiyi açıqlamada müəyyən bir qərarın alınmayacağı zirvədə gündəmdəki iki mövzudan birinin Brexit olduğunu bildirdi.

Bu mövzu ilə bağlı danışıqların əhəmiyyətli bir mərhələyə girdiyini, İngiltərə Baş naziri Theresa Mayin onları məlumatlandırdığını qeyd edən Merkel sıx əməkdaşlıq ediləcək sahələrlə bağlı daxili və xarici təhlükəsizliyi nümunə göstərdi.

Zirvədə müzakirə ediləcək digər bir məsələnin isə miqrasiya olduğunu söyləyən Merkel bu barədə Aİ Komissiyasının rəhbəri Jean-Claude Junckerin Avropa Parlamentindəki çıxışında Aİ-nin xarici sərhədlərinin qorunmasına və Aİ-nin sərhəd qoruma agentliyi FRONTEX-in genişləndirilməsinə dair təqdim etdiyi təkliflərin əhəmiyyətli olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr