Qətər Afrikada su probleminə əlac olur

Qətər Xeyriyyə Qurumu başladığı kampaniya ilə 5 Afrika ölkəsində 1 ay ərzində 150 su quyusu qazdı.

1042526
Qətər Afrikada su probleminə əlac olur

Qətər Xeyriyyə Qurumu tərəfindən verilən açıqlamada Afrikada "555 su quyusu" kampaniyasına qətərlilərin böyük maraq göstərdiyi və yalnız bir ay ərzində 150 su quyusunun maliyyələşdirilməsinin təmin olunduğu bildirilir. 

Açıqlamada sonrakı aylarda digər su quyularının da qazılacağı qeyd olunur.
 
 "555 su quyusu" kampaniyası Qətərin Sudan, Somali, Qana, Keniya və Malidə həyata keçirdiyi ən böyük kampaniyadır. 
 
 Bu kampaniya ilə içməli su məsələsində böyük çətinliklərin yaşandığı bu ölkələrdəki 1 milyon insanın su ehtiyacının ödənilməsi məqsədi güdülür.



Әlaqәli Xәbәrlәr