Liviyada ölənlərin sayı artmaqda davam edir

Liviyanın paytaxtı Tripolidə Milli Barışıq Hökumətinə (MBH) bağlı briqadalar arasında 8 gündür davam edən toqquşmalarda 41 nəfər ölüb, 128 adam isə yaralanıb.

1042312

Bunu MBH Səhiyyə Nazirliyi verdiyi açıqlamada bildirib.

Digər tərəfdən MBH Sədrlik Şurasının başçısı Faiz əs-Sərrac Terrorla Mübarizə Qüvvələrinin komandanı Məhəmməd əz-Zeyni atəşkəsin təmini üçün vəzifələndirib.

Qeyd edək ki, Tripoli keçən həftə bazarertəsidən bəridir MBH-nə bağlı biriqadalar arasında toqquşmalara səhnə olur.

MBH Sədrlik Şurası şəhərdəki toqquşmalara görə bugün paytaxt şəhər və ətrafında fövqəladə vəziyyət elan etdi.

Әlaqәli Xәbәrlәr