Britaniya parlamenti qarşısındakı insident terror aktı kimi nәzәrdәn keçirilir

Bu barədə İngiltәrә Terrorla Mübarizә şöbәsinin rәsmisi Neil Basu mәlumat verib.

1032383
Britaniya parlamenti qarşısındakı insident terror aktı kimi nәzәrdәn keçirilir

Polis Britaniya parlamenti qarşısındakı insidenti terror aktı kimi nəzərdən keçirir.

Bu barədə İngiltәrә Terrorla Mübarizә şöbәsinin rәsmisi Neil Basu mәlumat verib. O, sübhәlinin Londonun cәnubundakı polis mәntәqәsindә dindirildiyini bildirib.

Basu hadisә ilә bağlı başqa şübhәlinin olmadığını qeyd edib. Bәzi şahidlәr avtomobilin sürәtlә idarә olunduğunu,  bәzilәri isә sәddlәrә qәsdәn çırpıldığını iddia edir.

London Tәcili Yardım Xidmәtindәn verilәn mәlumatda isә hadisә yerindә üç yaralıya tibbi müdaxilә edildiyi  vә iki yaralının da bölgәdәki xәstәxanaya çatdırıldığı  qeyd edilib.

Mәlumatda xәsarәt alanların vәziyyәtinin yaxşı olduğu bildirilib.

İngiltәrә Baş naziri Tereza Mey insinentlә isә  yaşanan hadisәyә görә kәdәrlәndiyini ifadә edib.

London Bələdiyyə sədri Sadık Xan da  verdiyi açıqlamada hadisә ilә bağlı  istintaqın davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr