İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә iki  fәlәstinli dә şәhid oldu

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyinin mәtbuat katibi Әfrәfәl-Kudra mәlumat verib.

1030252
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә iki  fәlәstinli dә şәhid oldu

İsrail әsgәrlәri Qәzza zolağında aksiya keçirәn fәlәstinlilәrә hәqiqi güllә ilә müdaxilә edib.  

Müdaxilә zamanı iki  fәlәstinli  şәhid olub.

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyinin mәtbuat katibi Әfrәfәl-Kudra mәlumat verib. Mәlumata görә, müdaxilә zamanı 5-i ağır olmaqla 70 fәlәstinli dә xәsarәt alıb.

Qeyd edәk ki, fәlәstinlilәr Torpaq Gününün 42-ci ili münasibәtilә martın 30-dan etibarәn işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adını verdiklәri mitinqlәr keçirirlәr.

İsrail әsgәrlәrinin aksiya keçirәn fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә indiyәdәk 160  fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli dә yaralanıb.



Әlaqәli Xәbәrlәr