Yəməndə qarşıdurmalar davam edir

Yəmənin Şebve şəhərində Birləşmiş Ərəb Əmirliklərinin təlim keçdiyi Şebvaniyə Seçilmiş Qüvvələrindən iki əsgər silahlı şəxslərlə toqquşma nətiəsində həlak olub.

1029379
Yəməndə qarşıdurmalar davam edir

Yəmənin Şebve şəhərində Birləşmiş Ərəb Əmirliklərinin təlim keçdiyi Şebvaniyə Seçilmiş Qüvvələrindən iki əsgər silahlı şəxslərlə toqquşma nətiəsində həlak olub. Ebyendə də kafələrdən birini edilən silahlı hücum nəticəsində 8 dinc vətəndaş ölüb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, Şebvaniyə qüvvələri Şebve şəhərinin Əl-Musaynea bölgəsinin girişindəki nəzarət məntəqəsində “dayan” xəbərdarlığına əməl etməyən silahlı qəbilə mənsublarına atəş edib. Qəbilə mənsublarının cavab verməsi nəticəsində yaranan toqquşmada əsgərlərdən ikisi həyatını itirib, biri yaralınıb.

Digər tərəfdən, ölkənin cənubunda yerləşən Ebyen şəhərinin Levder rayonunda silahlı şəxslərin kafelərdən birinə atəş etməsi nəticəsində iki nəfər ölüb, 8 nəfər yaralanıb. Silahlı şəxslərin dinc sakinlərə nə üçün atəş etdiyi barədə məlumat yayılmayıb.



Әlaqәli Xәbәrlәr