Hudeydə şəhərindən çıxan ailələrin sayı 47 minə çatıb

Yəmənin Hudeydə şəhərində davam edən qarşıdurmaların qurbanları hər ötən gün artır. Evini tərk edən ailə sayı 47 minə çatıb.

1018178
Hudeydə şəhərindən çıxan ailələrin sayı 47 minə çatıb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə şöbəsinin məlumatına görə qarşıdurmaların başladığı İyun ayından bəri Hudeydə şəhərini tərk edən 47 min 380 ailə ətrafdakı şəhərlərə köç edib. BMT-nin şərhində bildirilib ki, evlərini tərk edənlərin sayı 284 min 280 nəfərə çatıb. Köç edənlərə hümanitar yardım çatdırmaq uğrunda lazımlı səy edilir. Ancaq təhlükəsizlik səbəbindən bəzi bölgələrə çatmaq mümkün deyil. Bir çox sağlamlıq mərkəzinin fəaliyyəti dayanıb.

Qeyd edək ki, İyun ayının 13-də Yəmən hökumət qüvvələri, Hudeydə şəhərini və limanını Husilərdən geri almaq üçün Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin dəstəyi ilə əməliyyat başlatmışdı.



Әlaqәli Xәbәrlәr