İsrail әsgәrlәrinin yaraladığı fәlәstinli gәnc şәhid oldu

Bu barәdә  Fәlәstinin Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1005919
İsrail әsgәrlәrinin yaraladığı fәlәstinli gәnc şәhid oldu

İsrail әsgәrlәrinin Qәzza zolağında aksiya keçirәn fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә yaralanan fәlәstinli gәnc şәhid olub.

Bu barәdә  Fәlәstinin Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Qeyd edәk ki, fәlәstinlilәr Torpaq Gününün 42-ci ili münasibәtilә martın 30-dan etibarәn işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adını verdiklәri mitinqlәr keçirirlәr.

İsrail әsgәrlәrinin aksiya keçirәn fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә indiyәdәk 130-dan  çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli dә yaralanıb.

Qəzza zolağında çadırlar quran fələstinlilər ABŞ Səfirliyinin Qüdsə köçürülmәsinә dә öz etirazlarını bildiriblәr.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin 6 dekabr tarixindә Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb, ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlayıb, yeni səfirlik binasını 14 mayda keçirilən rəsmi mərasimlə açıb.



Әlaqәli Xәbәrlәr