İsveçdə məscidlərə hücumlar artıb

İsveçdə keçən il 38 məscidə hücum edilib.

990915
İsveçdə məscidlərə hücumlar artıb

İsveçdə keçən il 38 məscidə hücum edilib.
 
 Uppsala Universitetinin hazırladığı məruzədə 2017-ci ildə məscidlərə edilən hücumların bir il əvvələ görə 10 dəfə artdığına diqqət yetirildi.
 
 İsveç İnanc Birliyi İdarəsinin əməkdaşı Max Stockman dövlət televiziyası SVT-yə verdiyi müsahibədə  məscidləri hədəf alan hücumların artması faktının İsveçdə din azadlığını ciddi dərəcədə təhdid etdiyini vurğuladı.
 
 İsveç konstitusiyasının əsas müddəalarından biri olan din azadlığının qarşılaşdığı təhlükənin dövlət tərəfindən aradan qaldırılmasının vacibliyini vurğulayan Stockman: " Hər kəs dinini təhlükəsiz bir şəkildə yaşamalıdır. Dövlətin əsas vəzifəsi din azadlığına təhlükə yaradan  ünsürlərlə mübarizə etməkdir. Qurumumuz Müsəlmanlara və yəhudilərə edilən hücumlara görə natahatdır" dedi.
 
 İsveç Ədliyyə və Daxili İşlər naziri Morgon Johansson da hücumları "dəhşətli"  olaraq səciyyələndirdi.
 
 Hücumların artmasının təkcə İsveçdə deyil, radikal millətçiliklə birlikdə bütün Avropada müşahidə olunduğunu bildirən Johansson siyasi partiyaların da siyasətlərində  xaricilər faktorundan sui-istifadə etdiklərini, miqrantlar, xüsusilə də, müsəlmanlara qarşı çox sərt ifadələr işlətdiklərinə diqqət çəkdi.
 
 Məscidləri qorumaq üçün görülən tədbirləri artıracaqlarını qeyd edən Johansson məsələ ilə bağlı xüsusi polis dəstəsi ayrıldığını və bütün məscidlərin təhlükəsizlik kamerası ilə təchiz ediləcəyini söylədi.



Әlaqәli Xәbәrlәr