Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketi vurub

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi televiziya kanalı İhbariyyәnin yaydığı mәlumatda bildirilib.

978523
Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketi vurub

Səudiyyə Ərəbistanının  havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub.

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi televiziya kanalı İhbariyyәnin yaydığı mәlumatda bildirilib.

Mәlumata görә, raket Necran şәhәri yaxınlığında vurulub.

Raketin Yəməndəki üsyançı Husilər tərəfindən atıldığı bildirilir.

Qeyd edәk ki, Səudiyyə Ərəbistanının  havadan müdafiə qüvvələri  2015-ci il martın 24-dәn etibarәn  Yəmən ərazisindən atılan 40  ballistik raketi vurub.

Yəmənin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn üsyançı husilərin nәzarәtindәdir.



Әlaqәli Xәbәrlәr