İrlandiya İsrail səfirini nazirliyə çağırdı

İrlandiya hökuməti İsrailin fələstinlilərə qarşı hücumlarına görə bu ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağıraraq duyulan narahatlığı bildirib.

971450
İrlandiya İsrail səfirini nazirliyə çağırdı

İrlandiya hökuməti İsrailin fələstinlilərə qarşı hücumlarına görə bu ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağıraraq duyulan narahatlığı bildirib.

Nazirliyin açıqlamasına əsasən, Xarici İşlər naziri Simon Koveney İsrailin Dublin səfiri Zəəv Bokeri nazirliyə çağıraraq bir müddət görüşüb. Görüşdə ölkəsinin dünən Qəzzada baş verən zorakılıq hadisələrindəki ölüm və yaralanma hallarından duyduğu narahatlığı dilə gətirən Koveney İsraili ölçülü davranmağa çağırıb.

Açıqlamada bildirilib: “Səfir İrlandiyanın ötən gün baş verən ölüm halları ilə əlaqəli BMT başçılığında müstəqil, beynəlxalq bir istintaq tələbi mövzusunda məlumatlandırıldı, həmçinin İrlandiyanın Ramallahdakı diplomatik missiyanın Qəzzada vəzifəli səhiyyə dəstələrinin ölümlərə və yaralanmalara müdaxilə işlərinə çata bilmədiyi mövzusunda məlumat verildi.

Açıqlamada bölgədəki səhiyyə sisteminin ekipaj və təməl dərman çatışmazlığına görə də ciddi problem yaşadığı bildirilərək, İrlandiyanın səhiyyə əməkdaşlarının da hədəf götürüldüyü barədəki xəbərlərdən də ciddi narahat olduğu qeyd olunub.

Qeyd edək ki, Qəzzanın İsrail sərhəd məntəqəsində çadır quran fələstinlilər, ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə köçürülməsi və "Nekbe"nin (Böyük fəlakət) 70-ci illliyi münasibətilə “milyonluq yürüş” adlandırdıqları aksiyalar keçirirlər.



Әlaqәli Xәbәrlәr