Heç biri 50-dən çox fələstinlinin şəhid edilməsini qınamadı

Rusiya Xarici İşlər naziri Sergey Lavrov misirli həmkarı Samih Şukri ilə görüşündən sonrasında keçirilən birgə mətbuat konfransında jurnalistlərin ABŞ-ın Qüdsdə səfirlik açmasına dair suallarını cavablandırıb.

970779
Heç biri 50-dən çox fələstinlinin şəhid edilməsini qınamadı

   ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarını Rusiyanın bundan əvvəl də açıq şəkildə və bir neçə dəfə mənfi qiymətləndirdiyini xatırladan S.Lavrov deyib: "Beynəlxalq cəmiyyətin qərarları ilə müəyyən olunan müqavilələrin birtərəfli olaraq, buna bənzər şəkildə pozulmasına haqq vermək mümkün deyil… Fələstin-İsrail probleminin həllində Qüdsün statusu məsələsi yalnız İsrail və Fələstin rəhbərliklərinin birbaşa dialoqu ilə həll olunmalıdır. Rusiya bir neçə dəfə birbaşa dialoqu başlamaq üçün təkliflər verdi. Bizim təkliflərimiz hələ də keçərlidir".

  Misir Xarici İşlər naziri S.Şukri də öz növbəsində bu sözləri deyib: "Misir hökuməti ABŞ-ın bu qərarını “beynəlxalq və İsrail-Fələstin arasında olan müqavilələri təktərəfli pozmaq” adlandırıb və adlandırır. Qüdsün statusunu İsrail və Fələstin müəyyən etməlidir. Bu problem olduqca həssasdır… ABŞ-ın bu qərarı sülh prosesi və iki tərəf arasında dialoqa mənfi təsir göstərəcək, gərginliyi artıracaq… Qanuni haqqları çərçivəsində keçirdikləri dinc aksiyalarda çox sayda fələstinlinin ölməsi və yaralanmasına beynəlxalq cəmiyyət laqeyd qalmamalıdır.”

  Mətbuat konfransında bütün bu sözlərin söylənilməsinə baxmayaraq, Rusiya və Misir Xarici İşlər nazirləri İsrail əsgərlərinin Qəzza sərhədində keçirilən dinc aksiyalara müdaxiləsində indiyə qədər 50-dən çox fələstinlini şəhid etməsini qınamadılar.



Әlaqәli Xәbәrlәr