İldırım 25 nəfərin ölümünə bais oldu

Banqladeşdə ildırım düşməsi nəticəsində son iki gündə 25 nəfər həyatını itirib.

968102
İldırım 25 nəfərin ölümünə bais oldu

  Banqladeşdə ildırım düşməsi nəticəsində son iki gündə 25 nəfər həyatını itirib.

  Yerli mətbuatdakı xəbərlərə görə, ölkənin 12 bölgəsində şiddətli yağış və ildırımlar 2 gün içində 25 insanın ölümünə səbəb olub. Ölənlərin çoxu kənd təsərrüfatında çalışanlardır. Ümumiyyətlə, bir ay ərzində bu bölgələrdə 112 adam təbii fəlakət qurbanı olub.  

  Qeyd edək ki, ölkədə hər il yüzlərlə insan ildırım düşməsi nəticəsində həyatını itirir.



Әlaqәli Xәbәrlәr