Cim Mattis qәtәrli hәmkarı ilә görüşdü

Bu barәdә Qәtәrin rәsmi mәnbәlәrinin verdiyi mәlumatda bildirilib.

954800
Cim Mattis qәtәrli hәmkarı ilә görüşdü

ABŞ-ın Müdafiә naziri Cim Mattis ( Jim Mattis)  Qətərin  müdafiə məsələləri üzrə dövlət naziri Xalid əl-Әtiyyə ilə Vaşinqtonda bir araya gəlib.

Bu barәdә Qәtәrin rәsmi mәnbәlәrinin verdiyi mәlumatda bildirilib. Mәlumata görә,  görüşdә  iki ölkə arasındakı münasibətlər  vә Suriya ilə Somali başda olmaqla regional mövzular müzakirә olunub.

Qətərlə güclü hərbi əlaqələrә malik olan ABŞ-ın paytaxt Dohada yerlәşәn Әl-Udeyd  hәrbi hava bazasında təxminən 11 min əsgəri var.

Qeyd edәk ki, hәmin baza  ABŞ-ın Körfəzdəki ən mühüm hərbi bazalarından biridir.



Әlaqәli Xәbәrlәr