Katolik keşişlərin istintaqı istənildi

Venesuelanın prezidenti Nikolas Maduro bəzi katolik keşişlər haqqında hökuməti tənqid edən bəyanatlar verdikləri üçün istintaq başlanılmasını istəyib.

889889
Katolik keşişlərin istintaqı istənildi

   N.Maduro deyib: “Kilsə rəsmilərinin nifrət cinayəti işlədir. O keşişlərdən heç birinin adını vermək istəmirəm. Baş Prokurorluq və Ali Məhkəmənin mövzuyla bağlı istintaqa başlamasını tələb edirəm.”

  Qeyd edək ki, son zamanlar San Felipe keşişi Viktor Hüqo Basabe Maduronun Venesuelanın "korrupsiya vəbası"ndan qurtarması üçün dua edir.

  Barquisimeto keşişi Antonio Lopez Kastillo da kilsədəki bir ayin zamanı Venesuelanın korrupsiyadan xilas olması üçün duaları edir və minlərlə insan tərəfindən alqışlanır.



Әlaqәli Xәbәrlәr