16 yaşındakı fələsdinli Cuneydi ailəsinə qovuşdu

İşğal altındakı İordan çayının qərb sahilində nəzarət altına alınarkən İsrail əsgərlərinin zoraklığına məruz qalan 16 yaşındakı fələsdinli Fevzi Cuneydi ailəsinə qovuşdu.

877138
16 yaşındakı fələsdinli Cuneydi ailəsinə qovuşdu
cuneydi1.jpg

 İşğal altındakı İordan çayının qərb sahilində nəzarət altına alınarkən İsrail əsgərlərinin zoraklığına məruz qalan 16 yaşındakı fələsdinli Fevzi Cuneydi ailəsinə qovuşdu və yaşadıqlarından danışdı. 

Cuneydi sərbəst qalmasından sonra nəzarətdə saxlandığı zaman İsrail əsgərlərinin zorakılığına məruz qaldığını və ona pis rəftar etdiklərini söylədi.

Cuneydi deyib ki, Əl-Xəlil şəhərinə bağlı Vahdi ət-Tuffah küçəsində gözyaşardıcı qaz və qarışıqlıqdan qaçaraq bir yaxınımın evinə gedərkən saxlanıldım. Əsgərlər məni saxladığı anda yerə çırpıb döyməyə başladılar. Bədənimin hər tərəfinə vurdular. Çox qorxdum. Nələr baş verdiyini anlamadım. Məni bağlayıb harda olduğunu bilmədiyim həbsxanaya apardılar. Bədənimdə qanayan yerlər vardı və hər tərəfim ağrıyırdı.

Həbsxanada da gözləri bağlı vəziyyətdə döyüldüyünü, istintaq zamanı  üzərinə soyuq sular tökdüklərini qeyd edən Cuneydi ona dəstək verən hər kəsə, xüsusilə Türk xalqına və dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.



Әlaqәli Xәbәrlәr