İsrailli irqçi millət vəkili fələstinlilərə həqarət etdi

İsraildə Likud Partiyasının millət vəkili Oren Hazan İsrail həbsxanalarındakı fələstinli məhkumların ailələrini daşıyan avtobusu dayandıraraq, məhkumların yaxınlarına sözlərilə hücum edib.

875631
İsrailli irqçi millət vəkili fələstinlilərə həqarət etdi

İsraildə Likud Partiyasının millət vəkili Oren Hazan İsrail həbsxanalarındakı fələstinli məhkumların ailələrini daşıyan avtobunu dayandıraraq, məhkumların yaxınlarına sözlərilə hücum edib.

Yerli mənbələrin məlumatına əsasən, Oren Hazan Qəzzadan gələrək İsrailin Nefha həbsxanasındakı yaxınlarını görmək istəyən məhkumların ailələrinin olduğu avtobusu təzyiqlə saxlayıb.

Avtobusa minən Hazan məhkumların yaxınlarını söyüb və onlara həqarətli sözlər deyib.

Yerli mediada yayımlanan bir kadrda Hazanın avtobusda məhkumlardan birinin anasına üz tutub qadının və görmək istədiyi oğlunun adını soruşduğu görünür.

Hazanın “Böcək oğlun nə etdi?” deyə sual etdiyi, anasının isə “Mənim oğlum böcək deyil. Sualına cavab verməyəcəm.” dediyi görünür.

Millət vəkilinin bunun qarşısında fələstinli ananın oğluna həqarət etdiyi, anasının isə millət vəkilinə cavab verdiyi eşidilir.

Həmas sözçüsü Hazım Kasım yaydığı yazılı açıqlamada millət vəkili Hazana reaksiya göstərərək, “Knesset millət vəkilinin etdiyi quldurluqdur, barbarlıqdır.” ifadələrini dilə gətirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin açıqlamasında da “Ailələrin həbsxanalardakı yaxınlarını heç vaxt müdaxiləyə məruz qalmadan, təhlükəsiz şəkildə ziyarət etmə haqqı vardır.” deyilib.



Әlaqәli Xәbәrlәr