Qərardan sonra ölən fələstinlilərin sayı

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bölgədə baş verən şiddət hadisələrində ölən fələstinli sayı 12-yə çıxıb.

874982
Qərardan sonra ölən fələstinlilərin sayı

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bölgədə baş verən şiddət hadisələrində ölən fələstinli sayı 12-yə çıxıb.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, dekabrın 15-də Qəzzanın İsrail sərhədində bu ölkənin əsgərlərinin vurduğu 19 yaşındakı Məhəmməd Sami əl Dahduh həyatını itirib.

Dahduhun ölümü ilə ABŞ prezidenti Trumpın Qüdsü İsrailin paytaxtı kimi dekabrın 6-da tanıması və səfirliyin Tel-Əvivdən bu şəhərə köçürülməsi göstərişini verməsindən sonra bölgədə baş verən zorakılıq hadisələrində ölən fələstinlilərin sayı 12-yə çıxıb.

10 fələstinli fəal, 2-ci cümə günü olmaqla İsrail qüvvələrilə  yaranan toqquşmalarda öldürülmüşdü.

İsrailin ayın əvvəlində Qəzzaya istiqamətli hava hücumlarında da 2 fələstinli həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr