İngiltərəli diplomat beyrutda öldürülüb

İngiltərənin Livandakı səfirliyinin əməkdaşı Beyrutda ölü tapılıb.

870282
İngiltərəli diplomat beyrutda öldürülüb

Livan mühafizə qüvvələri Baş dirəktorluğunun məlumatına görə ingilis diplomat Rebekka Dykesin cəsədi yol kənarında tapılıb. 

Yerli polis diplomatik korpusun əməkdaşının ölümü ilə bağlı araşdırmalara başlayıb.

İngiltərə Xarici İşlər Nazirliyi Dykesin ölümündən sonra Livan hökuməti ilə danışıqlar aparıb. 

Cəsədi tapılan ingilis diplomat 2017-ci ilin yanvar ayından Beynəlxalq İnkişaf Departamentinin proqram və siyasət üzrə direktoru olaraq Beyrutda fəaliyyət göstərirdi.



Әlaqәli Xәbәrlәr