Trumpın Qərarı Ağ Evdə də tənqid olunur

Bəzi Ağ Ev rəsmiləri Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarının İsrail ilə Fələstin arasındakı sülh prosesinə əhəmiyyətli zərərlər verəcəyini etiraf edirlər.

862994
Trumpın Qərarı Ağ Evdə də tənqid olunur

Bəzi Ağ Ev rəsmiləri Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarının İsrail ilə Fələstin arasındakı sülh prosesinə əhəmiyyətli zərərlər verəcəyini etiraf edirlər.

ABŞ-ın CNN kanalına müsahibə verən və adlarıının açıqlanmasını istəməyən  Ağ Sarayın 2 rəsmisi Trumpın Qüds qərarının bölgədə  mənfi mühitin yaranmasına səbəb olacağını bildirdi.

Rəsmilərdən biri Orta Şərqdə sülh prosesini dəyərləndirərək: "Bu prosesin relsdən çıxmasına hazırıq. Əminəm ki, bu, müvəqqəti xarakter daşıyacaq" dedi.

ABŞ prezidentinin Orta Şərqdə sülh prosesi məsələsi ilə məşğul olan qrupunun Trumpın çıxışından sonra fələstinli tərəf-müqabilləri ilə hələ görüşmədiyini qeyd edən səlahiyyətli şəxs Qüds qərarının ehtimal olunan  İsrail-Fələstin razılaşmasından əvvəl açıqlanmasının razılaşmaya daha az zərər verəcəyinin düşünüldüyünü bildirdi.
 
 Digər səlahiyyətli: "Bu qərar yaxın perspektivdə baş ağrısı yaradacaq ,ancaq uzun perspektivdə yardımçı olacağına ümid edirik" deyə şərh verdi.
 
  ABŞ-ın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını dünən elan edən Trump isə bunun gecikmiş və iki ölkə arasında sülh prosesinə müsbət töhfə verəcək bir qərar olduğunu bildirdi.
 
Xatırladaq ki, dünən Trump Ağ Evdə Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və Təl-əvivdəki ABŞ Səfirliyinin Qüdsə köçürülməsi üçün hazırlıqların başlanması üçün göstərişi verdiyini birdirib.

 



Әlaqәli Xәbәrlәr