Kral Səlmandan Trampa xəbərdarlıq

Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp ilə telefonda görüşüb.

862340
Kral Səlmandan Trampa xəbərdarlıq

Səlman danışıq zamanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq rəsmiyyətdə tanıma cəhdinin, bölgədə sülh müzakirələrinə zərər verəcəyinə və gərginliyin artmasına səbəb olacağına diqqət çəkib.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə iki lider arasında baş tutan görüşdə, Riyad-Vaşinqton münasibətləri başda olmaqla bölgədə və dünyada cərəyan edən proseslər müzakirə edilib.

Trampı, Qüdsün statusu ilə əlaqədar açıqladığı planının, sülh müzakirələrinə zərər verəcəyi və bölgədə gərginliyi artıracağı mövzusunda xəbərdarlıq edən Səlman, Qüdsün mövqeyi etibarilə və Məscidi-i Əqsanın Müsəlmanların ilk qibləsi olmasından ötəri belə təhlükəli addımın dünyadakı bütün müsəlmanların təhrik olmalarına səbəb olacağını vurğulayıb. Səudiyyə Ərəbistanının keçmişdən bəri Fələstin xalqına və tarixi hüquqlarına dəstək verdiyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr