Putin:"Müharibəyə hazır olun"

Rusiya prezidenti Vladimir Putin  Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə Soçidə keçirilən Suriya mövzulu toplantıdan sonra  qatıldığı konfransda çıxış edərək, ölkəsindəki böyük şirkətləri müharibəyə hazır olmağa çağırdı.

853547

 Vladimir Putin konfransdakı çıxışında Rusiyanın hərbi  xərclərinin artırılmasının və yeni hərbi sərmayələrin vacibliyini vurğuladı.
 
 Rusiya prezidenti:"Əgər qazanmaq istəyiriksə, daha yaxşı olmalıyıq" deyərək Rusyanın hərbi qüvvəsinin Qərb ölkələrinin hərbi qüvvəsindən üstün olmaq məcburiyyətində olduğunu qeyd etdi.
 
 Qeyd edək ki, Rus qoşunları 2008-ci ildəki Rusiya-Gürcüstan qarşıdurmasından sonra  keçmiş sovet avadanlıqlarından təmizlənmiş, orduda geniş miqyasda modernləşmə prosesi başlamışdı.
 
Rusiyanın ötən ilə aid  hərbi xərcləri milli gəlirin 3,3%-ni keçərək, rekord rəqəmə yüksəlib.
 
 Rusiyanın hərbi xərcləri ən böyük rəqibi olan NATO-nun hərbi xərclərindən 30%  azdır.
 
 İngiltərənin baş naziri Theresa May bazar ertəsi günü Rusiyanın kiber hücumlarının dünyanı təhdid etdiyini bildirmişdi. Theresa Mayin: "Onların nə etdiyini bilirik" deyərək Rusiyanı hədəf göstərməsinin, Putinin "müharibəyə hazırlıq" mövzulu çıxışının əsas səbəbi olduğu bildirilir.

Әlaqәli Xәbәrlәr