Səudiyyə Ərəbistanı vəliəhdi şahzadələri tutdurdu

Səudiyyə Ərəbistanda aralarında keçmiş nazirlərin də olduğu çox sayda məmur korrupsiya ittihamı ilə həbs edilib.

840844
Səudiyyə Ərəbistanı vəliəhdi şahzadələri tutdurdu

   “El Arabiya” Televiziyası çox sayda keçmiş nazirlər arasında 11 şahzadənin də nəzarətə alınanlar arasında olduğunu bildirib.

  Nəzarətə alınmaların Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının göstərişi ilə həyata keçirildiyi söylənilib.  Komissiyanın qurulduğu xəbəri dünən – noyabrın 4-ü gecə hökumət və silahlı qüvvələr komandanlığındakı bəzi dəyişikliklərlə birlikdə açıqlanmışdı.

  Səudiyyə Ərəbistanı Müdafiə naziri və vəliəhd şahzadə Məhəmməd Salmanın başçılıq etdiyi komissiyanın həbs əmri çıxar-çıxmaz nəzarətə alınanlara səfər məhdudiyyəti gətirilib və bank hesabları dondurulub.



Әlaqәli Xәbәrlәr