Ofelya İrlandiyanı bir-birinə vurdu

İrlandiya hökuməti Ofelya fırtınasının ölkədə son 50 ildə görünən ən ciddi fırtına olduğunu bildirib.

827977
Ofelya İrlandiyanı bir-birinə vurdu

  Ofelya tropik fırtınası oktyabrın 16-da İrlandiyanın cənub sahillərinə çatıb. 10 metrlik dalğalara səbəb olan fırtına ağac və elektrik dirəklərinin devrilməsinə yol açıb.

  İrlandiya hökuməti Ofelya fırtınasının ölkədə son 50 ildə görünən ən ciddi fırtına olduğunu bildirib.

  RTE televiziyasının məlumatına görə, bir ağacın avtomobil üzərinə aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

  120 min ev və iş yerinə elektirik verilməsində böyük fasilələr yaranıb.

  Dublin aeroportunda uçuşların 30 faizi ləğv edilib.

  Məktəb, xəstəxana və kütləvi nəqliyyat dayandırılıb.

  İrlandiya Milli Meteorologiya Xidmətinin məlumatına görə, Ofelya fırtınası saatda 176 km.-ə sürətə çatan küləklərlə ölkənin cənubunu vurub.

  Fırtınanın İrlandiyadan keçərək Şotlandiyaya çatacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr