AP Myanma səfərini təxirə saldı

Avropa Parlamenti (AP) Beynəlxalq Ticarət Komitəsinin gələcək həftə Myanmaya edəcəyi səfər təxirə salındı.

807435
AP Myanma səfərini təxirə saldı

Avropa Parlamenti (AP) Beynəlxalq Ticarət Komitəsinin gələcək həftə Myanmaya edəcəyi səfər təxirə salındı.

Bununla əlaqəli yayılan açıqlamada bildirilib ki, Myanmadakı siyasi və insan hüquqları mövzularında baş verən hadisələrə görə Avropa İttifaqı və həmin ölkə arasında müzakirələri davam edən “Yatırım müqaviləsi” ilə bağlı görüşlərin uğurlu olmayacağı nəzərdə tutuldu və həmin səbəbdən səfər təxirə salındı.

Açıqlamada AP Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Sangenin “Bu şərtlər altında Myanma ilə bir yatırım müqaviləsinin həyata keçirilməsinin qeyri-mümkün olduğu aydındır.”sözləri yer tutub.

AP Baş Assambleyası ötən gün səsə qoyularaq qəbul etdiyi qərarda Myanma rəhbərliyinə arakanlı müsəlmanlara istiqamətli cinayət, narahatlıq və təcavüzlərə dərhal son qoyulması və humanitar yardım təşkilatlarının toqquşmaların olduğu bölgələrə girməsinə mane olununmaması üçün çağırış etmişdi.

Qərarda həmçinin Myanmanın xarici işlər naziri və Dövlət Rəhbərliyindən məsul naziri Aung San Suu Çiinin arakanlı müsəlmanlara istiqamətli dini və irqçi nifrəti sərt şəkildə pisləməsinin vacibliyi vurğulanmışdı.  



Әlaqәli Xәbәrlәr