Trump Kral Salman ile görüşəcək

ABŞ prezidenti Donald Trump ilə telefonla danışan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin gələcək ilin əvvəlindən sonra Washingtona səfər edəcəyi bildirilib.

802495
Trump Kral Salman ile görüşəcək

ABŞ prezidenti Donald Trump ilə telefonla danışan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin gələcək ilin ilk aylarında Washingtona səfər edəcəyi bildirilib.

Ağ Evin yaydığı bəyanata görə, iki lider Orta Şərqdə təhlükəsizlik və rifahın artırılması da daxil olmaqla birgə məsələlər barədə danışıblar. Kral Salman 2018-ci ilin ilk aylarında Trumpla görüşəcək.

Daha əvvəl də bir neçə dəfə telefonla danışan iki lider keçən may ayının axırında Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda bir araya gəlmişdi. Həmin görüşdə iki ölkə arasında cəmi 380 milyon dollar məbləğində silah-sursat alınacağına dair saziş imzalanmışdı.



Әlaqәli Xәbәrlәr