Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 87 minə çatıb

Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 87 minə çatıb.

800996
Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 87 minə çatıb

 Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 87 minə çatıb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir.

Qurumun Banqladeşdəki nümayəndəsi Vivian Tanın sözlərinə görə, bu rəqəm müsəlmanlara hücumların başladığı 25 avqust tarixindən bu yana hesablanıb.

Vivian Tan arakanlı müsəlmanların bir hissəsinin Cox Bazar şəhərindəki düşərgələrə getdiyini və bir hissəsinin isə kəndlərdə boş ərazilərdə düşərgə salmağa cəhd etdiyini söyləyib.

Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib.

Hazırda Arakandan qaçan on minlərlə müsəlman Banqladeş sərhədinə toplaşıb.

Myanma hökumətinin beynəlxalq təşkilatların bölgəyə girişinə icazə verməməsi səbəbindən ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.

Digər tərəfdən Myanma-Banqladeş sərhədinə yaxın Cox Bazardakı xəstəxanalardan birində vəzifəli həkim Şahin Əbdürrəhman Choudhəry onlarla arakanlı müsəlmanın xəstəxanada müalicə edildiyini, onlardan bəzilərinin sümüklərinin sınıq olduğunu və bədənlərində güllə yaraları olduğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr